Litl-Stirrap-Ki
Litl-Stirrap-Ki (ing. Little Stirrup Cay) — Baham adalarında özəl ada. Karib dənizindəki Berri adaları arxipelaqının bir hissəsidir. Ada "Royal Caribbean International" şirkətinə məxsusdur və ona Koko-Ki də deyilir.
Ada qərb-cənub-qərbdən şərq-şimal-şərqə təxminən 1.6 kilometr (0.99 mil) uzanır, onun maksimum eni 450 metrdən çox deyil, dəniz səviyyəsindən maksimum nöqtəsi 11 metrdir. Adanın şərq və mərkəzi hissəsində turistlər üçün tikililər mövcuddur, şimal-şərq hissəsində sərnişin qayıqlarının gəldiyi körfəz yerləşir, adanın qərb hissəsində yaşayış yoxdur. Turistlər adada snorkellinq, üzgüçülük, kayakinq, paraseylinq, dayvinq, voleybol və hidroxizəklə məşğul olmaq imkanı əldə edirlər.